EDWAYS
XARİCDƏ TƏHSİL
  • Ölkələr
    • Almaniya
    • Avstriya
    • Avstraliya
    • Birləşmiş Krallıq
    • İtaliya
    • Polşa
    • Macarıstan
  • Təqaüdlər
  • Bizim haqqımızda

Arxiv

  • December 2023
  • November 2023
  • October 2023
  • September 2023
  • July 2023
  • June 2023

Kateqoriyalar

  • Almaniya
  • Avstraliya
  • Avstriya
  • Birləşmiş Krallıq
  • Estoniya
  • İtaliya
  • Macarıstan
  • Niderland
  • Polşa
  • Təqaüdlər
EDWAYS
XARİCDƏ TƏHSİL
  • Ölkələr
    • Almaniya
    • Avstriya
    • Avstraliya
    • Birləşmiş Krallıq
    • İtaliya
    • Polşa
    • Macarıstan
  • Təqaüdlər
  • Bizim haqqımızda
0
0
0
  • Macarıstan
  • Təqaüdlər

Stipendium Hungaricum – Macarıstanda hökumətlərarası təqaüd proqramı

  • Renad Yuzbay
  • November 9, 2023
  • 3 minute read
#image_title
Total
0
Shares
0
0
0

Bu dəfə sizə dünyanın hər yerindən olan tələbələrin əvəzedilməz seçimlərindən olan Macarıstan dövlət təqaüd proqramı haqqında məlumat verəcəyik! Stipendium Hungaricum hökumətlərarası təqaüd proqramına müraciət hal-hazırda açıqdır.

Stipendium Hungaricum təqaüdü haqqında

Stipendium Hungaricum Təqaüd Proqramı Macarıstan hökuməti tərəfindən beynəlxalq tələbələrə Macarıstanda ali təhsil almaq imkanı vermək üçün 2013-cü ildə başlamışdır. Proqramın əsas məqsədi Macarıstanda beynəlxalq tələbələrin sayını artırmaq və Macarıstan ali təhsil müəssisələrinə ən yaxşı xarici tələbələri cəlb etməkdir.

Macarıstan Hökuməti dünyanın hər yerindən olan tələbələrə Macarıstanın Ən Yaxşı Universitetlərində Bakalavr, Magistr, PhD proqramlarında təqaüdlü təhsil almaq imkanı təqdim edir. Demək olar ki, bütün akademik sahələri və ixtisasları əhatə edir. Bütün proqramlar ingilis dilində tədris olunur. Eyni zamanda tələbələr bir illik macar dili hazırlıq kursu üçün müraciət edə və ali təhsillərini macar dilində davam etdirə bilərlər.

Stipendium Hungaricum təqaüd proqramına müraciət edənlərin sayı durmadan artır. Hər il dünyanın müxtəlif ölkələrindən ən istedadlı tələbələrə təqaüd verilir. Təqaüd qalibləri arasında azərbaycanlı tələbələrin də sayı hər il artmaqdadır. Bu tələbələrin siyahısında sənin də adın ola bilər!

Təfərrüatlar: Stipendium Hungaricum HTP 2024

Ölkə: Macarıstan

Dərəcə: Bakalavr, Magistratura, PhD

Təqaüd Təminatı: Tam Təqaüd

Son müraciət tarixi : 15 Yanvar 2024

Macarıstan – Hökumətlərarası Təqaüd Proqramı üçün uyğunluq meyarları

Macarıstan Hökuməti Təqaüdünə müraciət etmək üçün ərizəçilər aşağıdakı meyarlara cavab verməlidirlər:

  • Yaşı 18-dən yuxarı olan bütün beynəlxalq tələbələr müraciət etmək hüququna malikdirlər.
  • Macarıstan vətəndaşları və ya Macarıstanla İkili Vətəndaşlığa malik olanlar təqaüd üçün müraciət edə bilməzlər.
  • Daha əvvəl bu təqaüddən yararlanan tələbələr eyni təhsil pilləsi üzrə təhsil yenidən müraciət edə bilməzlər.
  • Bakalavriat təhsil səviyyəsi üzrə təhsil almaq istəyən şəxslər ölkənin ali təhsil müəssisələrinin tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki və texnoloji, təbiət, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət, əsas (baza ali) tibb təhsili və xüsusi təyinatlı ixtisas qrupları üzrə yekun olaraq ən azı 400, digər sahələr üzrə ən azı 500 bal toplamalıdırlar.
  • Magistratura və ya doktorantura təhsil səviyyələrinə müraciət edən iddiaçıların əvvəlki təhsil səviyyəsi üzrə ÜOMG 100 ballıq sistem üzrə 70 baldan aşağı olmamalıdır. Hazırda təhsil aldığı eyni səviyyə üzrə müraciət edən iddiaçıların cari ÜOMG də 100 ballıq sistem üzrə 70 baldan aşağı olmamalıdır.
  • Namizədin seçilmiş proqrama uyğun dil biliyi səviyyəsi sertifikatı bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə IELTS sertifikat balı minimum 6.5 və ya digər beynəlxalq dil sertifikatlarının (TOEFL, Duolingo və.s) bu göstəriciyə ekvivalentini təşkil etməlidir.

Tələb olunan sənədlər

Stipendium Hungaricum Təqaüd proqramı üçün aşağıdakı sənədləri hazırlamalısınız:

  • Onlayn ərizə forması
  • Şəxsiyyət vəsiqəsi və pasport
  • Təhsil səndləri
    Bakalvr üçün:
    – Attestat/Təhsil haqqında şəhadətnamə (orta məktəb, kollec diplomu və ya hər hansı ekvivalent)
    – DİM və ya SAT göstəricisi
    Magistr üçün:
    – Attestat/Təhsil haqqında şəhadətnamə (orta məktəb, kollec diplomu və ya hər hansı ekvivalent)
    – Bakalvr diplomu (təhsilinizin son ilində olmağınızla bağlı arayış)
    – Bakalvr diplomuna əlavə (akademik transkript)
  • CV
  • Motivasiya məktubu
  • Referans məktubları
  • Tibbi arayışlar
    * nümunə ilə tanış ol

Azərbaycan dilində olan sənədlərin hər biri ingilis dilinə tərcümə və notarial təsdiq edilməlidir.

Qeyd: IELTS/TOEFL Dil Sertifikatları təqaüdə müraciət etmək üçün məcburi deyil. Duolingo və ingilis dilində təhsillə bağlı arayış da təqdim edə bilərsiniz. Lakin bunu ilk öncə müraciət edəcəyiniz universitetlə də dəqiqləşdirməyiniz mütləqdir. Son müraciət tarixinə kimi, dil sertifikatını təqdim edə bilməsəniz, bunun üçün əlavə zaman istəyə bilərsiniz.

Təqaüd proqramına necə müraciət etmək olar?

Rəsmi portaldan onlayn müraciətinizi həyata keçirə bilərsiniz. Təqaüd proqramına müraciət prosesi addım-addım göstərilir. Ərizənizi təqdim etməzdən əvvəl bütün məlumatları və təlimatları yenidən diqqətlə oxuyun!

Stipendium Hungaricum – Maliyə Dəstəyi​

Stipendium Hungaricum – Macarıstan Hökümət Təqaüdü bütün İştirakçılar üçün Tam Maliyyələşdirilən Təqaüd proqramıdır. Aşağıdakı üstünlükləri təmin edir:

• Ayda 43,700 HUF məbləğində təqaüd

• Ödənişsiz təhsil

• Pulsuz Yerləşdirmə

• Tibbi sığorta

• Viza rüsumu

Macarıstanda təhsil və yaşla bağlı olan digər məqaləmizə də buradan keçid edə bilərsiniz.

00Days
00Hours
00Minutes
00Seconds
Total
0
Shares
Share 0
Tweet 0
Pin it 0
Related Topics
  • hökumətlərarası təqaüd proqramları
  • Macarıstan
  • Macarıstanda təhsil
  • Stipendium Hungaricum
  • Təqaüdlü təhsil
  • xaricdə təhsil
Renad Yuzbay

Previous Article
  • Birləşmiş Krallıq

İngiltərə təhsil vizası

  • Fidan Hajili
  • October 21, 2023
Oxu
Next Article
  • Təqaüdlər

ERASMUS Mundus Təqaüdləri : Master Goals 2024

  • Fidan Hajili
  • November 10, 2023
Oxu
Bunları da oxumaq istəyərsən
Oxu
  • 3 min
  • Təqaüdlər

Erasmus Mundus Təqaüd Proqramı 2024 (Tam Təqaüd)

  • Fidan Hajili
  • November 14, 2023
Oxu
  • 4 min
  • Təqaüdlər

ERASMUS Mundus Təqaüdləri : Master Goals 2024

  • Fidan Hajili
  • November 10, 2023
Oxu
  • 2 min
  • Təqaüdlər

Chevening təqaüd proqramı | İngiltərədə təhsil

  • Fidan Hajili
  • October 12, 2023
Oxu
  • 3 min
  • Təqaüdlər

İrlandiya Hökumət Təqaüdü 2024 (Tam Təqaüd)

  • Renad Yuzbay
  • October 3, 2023
Oxu
  • 2 min
  • Təqaüdlər

KAUST təqaüdü – Səudiyyə Ərəbistanında təhsil

  • Renad Yuzbay
  • September 21, 2023
Oxu
  • 6 min
  • Macarıstan

Macarıstanda təhsil – Ənənə və Modernizm bir arada!

  • Renad Yuzbay
  • July 15, 2023

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

EDWAYS
XARİCDƏ TƏHSİL
  • Ölkələr
  • Təqaüdlər
  • Bizim haqqımızda
EDWAYS'lə yeni üfüqlər

Input your search keywords and press Enter.