EDWAYS
XARİCDƏ TƏHSİL
  • Ölkələr
    • Almaniya
    • Avstriya
    • Avstraliya
    • Birləşmiş Krallıq
    • İtaliya
    • Polşa
    • Macarıstan
  • Təqaüdlər
  • Bizim haqqımızda

Arxiv

  • December 2023
  • November 2023
  • October 2023
  • September 2023
  • July 2023
  • June 2023

Kateqoriyalar

  • Almaniya
  • Avstraliya
  • Avstriya
  • Birləşmiş Krallıq
  • Estoniya
  • İtaliya
  • Macarıstan
  • Niderland
  • Polşa
  • Təqaüdlər
EDWAYS
XARİCDƏ TƏHSİL
  • Ölkələr
    • Almaniya
    • Avstriya
    • Avstraliya
    • Birləşmiş Krallıq
    • İtaliya
    • Polşa
    • Macarıstan
  • Təqaüdlər
  • Bizim haqqımızda
0
0
0
  • Təqaüdlər

ERASMUS Mundus Təqaüdləri : Master Goals 2024

  • Fidan Hajili
  • November 10, 2023
  • 4 minute read
erasmus mundus – goals masters – təqaüdlü təhsil
Total
0
Shares
0
0
0

Xaricdə təqaüdlü təhsillə bağlı bu dəfəki seriyamıza çoxlarına məlum olan Erasmus Mundus təqaüdləri sırasına daxil olan Master Goals haqqında məlumat verməklə davam edəcəyik! Əgər siz də xaricdə, əsasən, idman sahəsi üzrə təhsil almaq istəyirsinizsə, bu təqaüd şansını qaçırmayın! Eyni zamanda bu təqaüd proqramı yalnızca bir ölkədə deyil, Avropanın bir neçə aparıcı ölkəsinin prestijli universitetlərində təhsil almaq imkanı verir!

erasmus mundus
təqüd
GOALS

ERASMUS Mundus Təqaüdləri: Master Goals haqqında məlumat

Governance & Administration of Leisure and Sports International Master (GOALS) idman menecmenti sahəsində Avropanın beş aparıcı universiteti tərəfindən təşkil edilən birgə magistr proqramıdır. Bu unikal Magistr proqramı idman, idarəetmə sahələrində gələcəyin peşəkarlarını yetişdirməyə həsr edilmişdir. Aydındır ki, hal-hazırda idmanın artan iqtisadi, siyasi və sosial əhəmiyyəti, eləcə də, idman təşkilatlarının beynəlmiləlləşməsi bu sahədə peşəkar menecerlərə ehtiyac yaradır.

GOALS iki illik magistr proqramı tamamilə ingilis dilində tədris olunur və  University of Lille (Fransa), the University of Lisbon (Portuqaliya), Mykolas Romeris University (Litva), Nicolaus Copernicus University (Polşa), and the International University of Health, Exercise & Sports – LUNEX (Lüksemburq) tərəfindən birgə təşkil edilir.

GOALS Magistr proqramı tələbələrə akademik və peşəkar məqsədlərini həyata keçirmək üçün bir çox imkanlar təklif edir. Bu birgə dərəcəni bitirdikdən sonra tələbələr idman idarəçiliyində bir sıra uğurlara imza atırlar. Onlar idman təşkilatlarında işə götürüləcək, həmçinin tərəfdaş, məsləhətçi və ekspert kimi fərdi qaydada fəaliyyət göstərmək üçün lazımi bilik və bacarıqlara malik olacaqlar.

Təfərrüatlar: ERASMUS Mundus Təqaüdləri: Master Goals 2024

Ölkə: Fransa, Portuqaliya, Litva, Polşa, Lüksemburq

Dərəcə: Magistratura

Təqaüd təminatı: Tam Təqaüd – Tam Maliyə

Son müraciət tarxi: 16 Fevral 2024

ERASMUS Mundus Təqaüdləri: Master Goals üçün uyğunluq meyarları

  • Namizədlər bu master proqramına uyğun olan Ali təhsil dərəcəsinə (məsələn, Bakalavr – 180 kredit) malik olmalıdırlar.
  • İdman menecmenti (idman sosiologiyası, idman marketinqi, idman kommunikasiyası, idman maliyyəsi, idman iqtisadiyyatı, idman tədbirlərinin idarə edilməsi) və ya İdarəetmə/biznes inzibatçılığı (sosiologiya, marketinq, kommunikasiya, maliyyə, iqtisadiyyat, tədbirlərin idarə edilməsi) və ya İdman təhsili (bədən tərbiyəsi, idman məşqçiliyi, fitnes, idman və sağlamlıq) sahəsi üzrə təhsilli olmalıdırlar.
  • Bakalavr dərəcəsinin son ilində təhsil alan tələbələr ali təhsil müəssisəsi tərəfindən hazırlanmış transkript təqdim edə bilərlər. Seçildikləri təqdirdə, onlar avqustun 30-dək rəsmi dərəcələrini və ya bakalavr dərəcəsi nailiyyətləri haqqında sertifikatı təqdim etməlidirlər, əks halda onların proqrama qəbulu ləğv ediləcəkdir.
  • Bu proqram ingilis dilində tədris olunduğundan ingilis dili biliyi əsas tələbdir. Qeyri-ingilis dilli ölkələrdən olan bütün namizədlər etibarlı B2 İngilis dili səviyyəsini (CEFR – Ümumi Avropa İstinad Çərçivəsi) və ya ekvivalentini təsdiq etməlidirlər: IELTS 6.0 – 6.5; TOEFL iBT 88; Cambridge First və ya Advanced və ya əgər tələbə minimum 2 il müddətində ingilis dilində təhsil alıbsa, əvvəlki universitetdən bunu təsdiq edən sənəd təqdim etməlidir.

Tələb olunan sənədlər

Erasmus Mundus GOALS Master proqramına uyğun namizədlər aşağıdakı sənədlər siyahısını PDF formatında onlayn ərizələrinə əlavə etməlidirlər:

  • İdman təhsili, idarəetmə və ya biznes idarəçiliyi ilə bağlı bakalavr dərəcəsinin qanuni surəti və ya tanınmış ekvivalenti (ingilis dili tərcüməsi ilə)
  • Rəsmi akademik transkriptin qanuni surəti (ingilis dili tərcüməsi və təsdiqi ilə)
  • CV – Europass şablonundan istifadə etməklə (maksimum 3 səhifə)
  • Etibarlı rəsmi dil sertifikatı
  • Pasport və ya AB vətəndaşları üçün etibarlı şəxsiyyət vəsiqəsi
  • Akademik və peşəkar şəxsdən iki tövsiyə məktubu. Siz tövsiyəni edən şəxsə məlumat verəcək və ərizə faylını onların e-poçt ünvanını əlavə etməklə dolduracaqsınız. Onlar birbaşa bir link vasitəsilə məktubu yükləməyə dəvət edən e-poçt qəbul edəcəklər.
  • Motivasiya məktubu təqdim etməyinizə ehtiyac yoxdur. Bununla belə, sizdən ərizə platformasında proqrama müraciət etmə motivasiyanızı ifadə etməyiniz xahiş olunacaq. Sənədlərin tərcüməsinə ehtiyac olduqda, ərizəçilər sənədlərin əslinin surətini və onların ingilis dilində rəsmi tərcüməsini təqdim etməlidirlər.

Təqaüdə necə müraciət etmək olar?

  • İlk öncə siz rəsmi portala giriş etməli, ingilis dilində onlayn ərizə formasını doldurmalı və bütün tələb olunan sənədləri təqdim etməlisiniz. Onlayn müraciətiniz müraciət üçün tələb edilən son tarixdən əvvəl təqdim edilməlidir. Ərizənizi təqdim etdikdən sonra e-poçt vasitəsilə avtomatik təsdiq mesajı alacaqsınız (əgər mesaj gəlməyibsə, spam qutusunu yoxlamağınız tövsiyə olunur).
  • Təsdiqdən sonra bu mərhələni uğurla tamamlamış namizədlərin müsahibə mərhələsinə dəvət oluncaqlar. 20 dəqiqəlik müsahibə namizədlərin motivasiyasını, onların tənqidi düşüncə bacarıqlarını və sosial iş məsələlərindəki biliklərini qiymətləndirmək üçün nəzərdə tutulub. Eyni zamanda namizədlərə bu proqramla bağlı suallar verməyə də icazə veriləcəkdir. Müsahibələr videokonfrans vasitəsilə aparılacaq.
  • Müsahibədən sonra sənədlər nəzərdən keçirilir və hər bir tərəfdaş universitet tərəfindən seçim meyarlarına əsasən, namizədlər çox zəifdən əla səviyyəyə qədər siyahıya alınır. Daha sonra isə orta hesabla ərizəçiyə bal verilir. Yekun seçim ərizələrdən əldə olunan ballar (50%) ilə müsahibə performansı (50%) nəticəsində əldə olunan ballarla qiymətləndirilir. Yaradılmış reytinq Seçim və İmtahan Şurası tərəfindən təxminən 50 ərizəçinin seçimini yaratmaq üçün istifadə olunur. GOALS Master proqramı üçün seçilmiş tələbələrin iki yekun siyahısı təşkil edilir:
  • Əsas siyahıda olan ərizəçilərə Erasmus Mundus təqaüdünə (Avropa və qeyri-Avropa) və ya özünü maliyyələşdirə bilənlər daxildir;
  • İkinci siyahıya isə ehtiyatda olan namizədlər daxildir və əsas siyahıda olan namizədlərdən hər hansı geri çəkilərsə, ehtiyatda olan namizədlərlə əlaqə saxlanılacaqdır və ya bu siyahıya daxil olan namizədlər mövcud yerlər daxilində öz maliyyələşdirilən tələbələr kimi də qeydiyyatdan keçə biləcəklər.

ERASMUS Mundus Təqaüdləri: Master Goals – Maliyə Dəstəyi​

Bu təqaüd proqramı aşağıdakıları əhatə edir:

  • Proqrama pulsuz müraciət haqqı
  • Ayda 1400 € (təqaüdün ümumi müddəti 24 aydır)
  • Bütün yaşayış xərcləri
  • Səyahət xərcləri
  • Viza rüsumu
00Days
00Hours
00Minutes
00Seconds
Total
0
Shares
Share 0
Tweet 0
Pin it 0
Related Topics
  • Avropada təhsil
  • erasmus
  • erasmus mundus
  • goals
  • Təqaüdlü təhsil
  • xaricdə təhsil
Fidan Hajili

Previous Article
  • Macarıstan
  • Təqaüdlər

Stipendium Hungaricum – Macarıstanda hökumətlərarası təqaüd proqramı

  • Renad Yuzbay
  • November 9, 2023
Oxu
Next Article
  • Təqaüdlər

Erasmus Mundus Təqaüd Proqramı 2024 (Tam Təqaüd)

  • Fidan Hajili
  • November 14, 2023
Oxu
Bunları da oxumaq istəyərsən
Oxu
  • 3 min
  • Təqaüdlər

Erasmus Mundus Təqaüd Proqramı 2024 (Tam Təqaüd)

  • Fidan Hajili
  • November 14, 2023
Oxu
  • 3 min
  • Macarıstan
  • Təqaüdlər

Stipendium Hungaricum – Macarıstanda hökumətlərarası təqaüd proqramı

  • Renad Yuzbay
  • November 9, 2023
Oxu
  • 2 min
  • Təqaüdlər

Chevening təqaüd proqramı | İngiltərədə təhsil

  • Fidan Hajili
  • October 12, 2023
Oxu
  • 3 min
  • Təqaüdlər

İrlandiya Hökumət Təqaüdü 2024 (Tam Təqaüd)

  • Renad Yuzbay
  • October 3, 2023
Oxu
  • 2 min
  • Təqaüdlər

KAUST təqaüdü – Səudiyyə Ərəbistanında təhsil

  • Renad Yuzbay
  • September 21, 2023

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

EDWAYS
XARİCDƏ TƏHSİL
  • Ölkələr
  • Təqaüdlər
  • Bizim haqqımızda
EDWAYS'lə yeni üfüqlər

Input your search keywords and press Enter.